İki təhlükəli xəstəliklə bağlı YENİ TAPINTI

  • 2024.06.07 18:30
  • 1016 Baxış
İki təhlükəli xəstəliklə bağlı YENİ TAPINTI
İngiltərəli elm adamları gen araşdırmaları nəticəsində Crohn və xoralı kolit kimi xəstəliklərin DNT-dən qaynaqlana biləcəyini üzə çıxarıblar.

Medicina.az xəbər verir ki, Londondakı Francis Crick İnstitutunun və London Universitet Kollecinin tədqiqatçıları iltihablı bağırsaq xəstəliyi (İBD) olan insanlar üzərində təcrübələr aparıblar.

Gen araşdırmaları nəticəsində tədqiqatçılar iltihablı bağırsaq xəstəliyi olanların 95 faizinin DNT-sində "zəif nöqtə" aşkar ediblər.
Bu “zəif nöqtə” mikroorqanizmlərin öldürülməsindən məsul olan “makrofaqlar” adlı qan hüceyrələrinin iltihab yaradan kimyəvi maddələr ifraz etməsidir. Bu fəaliyyət insan orqanizmində zəruridir. Lakin daxili səthdəki təbəqədə iltihab nəticəsində yaranan Crohn və xoralı kolit kimi iltihablı bağırsaq xəstəliklərindən əziyyət çəkən insanların əksəriyyətində bu genin həddindən artıq aktiv olduğu müəyyən edilib.

Tədqiqatçılar qeyd ediblər ki, bu vəziyyəti yaxşılaşdıra biləcək texnologiyaya sahib dərmanlar hazırda mövcuddur, lakin insanlar üzərində sınaqlar hələ başlamayıb.

Qeyd edək ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.


Aysel