İranda dəhşətli xəstəlik can aldı

  • 2024.05.13 09:00
  • 900 Baxış
İranda dəhşətli xəstəlik  can aldı
İranda Krım-Konqo Hemorragik qızdırması səbəbilə 1 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bunu İRNA-ya Hürmüzqan Tibb Elmləri Universitetinin prorektoru Əbdülcabbar Zakiri açıqlayıb.

"Hürmüzqan əyalətində 3 nəfərdə Krım-Konqo Hemorragik qızdırması aşkar edilib. Onlardan biri Rudan şəhərində dünyasını dəyişib", - deyə Zakiri qeyd edib.

O, sözügedən xəstəliyin daha çox mal-qara saxlayan insanlarda rast gəlindiyini diqqətə çatdırıb. Zakiri xəstəliklə bağlı lazımi xəbərdarlıqların edildiyini vurğulayıb.


Aysel