İş adamından iddia: sosial şəbəkələr intiharlara səbəb olur

  • 2024.06.20 22:58
  • 790 Baxış
İş adamından iddia:  sosial şəbəkələr intiharlara səbəb olur
Amerikalı iş adamı Frenk Mekourt “TikTok”u almaq istəməsinin səbəbini açıqlayıb.

Medicina.az xəbər verir ki, o, sosial medianın "epidemiya" olduğunu və “TikTok” alqoritminin fərqli şəkildə modelləşdirilə biləcəyinə inandığını söyləyib.

İş adamı sosial medianı yeniyetmələrin psixi sağlamlığına ciddi ziyan vuran "epidemiya" hesab etdiyini bildirib.

Sosial medianın da tütün məmulatları kimi sağlamlıq xəbərdarlığı etməsi ideyasını güclü şəkildə dəstəklədiyini söyləyib.

O xatırladıb ki, Amerika Psixoloji Dərnəyi tərəfindən 2019-cu ildə aparılan bir araşdırma 2008-ci ildən 2017-ci ilə qədər, yəni gənclər arasında sosial mediadan istifadənin artdığı dövrdə intihar düşüncələri və ya intihar cəhdlərində də 47 faiz artım müşahidə olunub.

Daha öncə Meta şirkətinin CEO-su Mark Zukerberq ABŞ Senatında keçirilən dinləmələrdə uşaqlarının intiharlarına və ya zorakılığına səbəb olduğunu söyləyən valideynlərdən üzr istəyib. İş adamının fikrincə, bu, sosial medianın mənfi psixi təsirlərinin olduğunu etiraf etməkdir.

İş adamı “TikTok”un alqoritmasını dəyişdirərək mənfi psixoloji təsirlərin azaldımasının mümkün olduğunu düşünür.


Aysel