İstidə bu içkilər qanı qatılaşdırır

  • 2024.05.24 13:27
  • 650 Baxış
İstidə bu içkilər qanı qatılaşdırır

İsti havalarda sərinlik üçün içəcəyiniz bəzi içkilər tromb riskini artıra bilər.


“Medicina”xəbər verir ki, həkim Nataliya Denisova xüsusən yaşlı insanları xəbərdar edib.

“İsti havada kofeinli içkilər təhlükəlidir.

Yuxarı temperaturda orqanizmdə su-duz balansı pozulur, bədən rütubəti itirir, intgensiv olaraq elektrolitlər itirilir. Bu zaman bəzi içkilər böyrəklərin işini artırır və pozur.


Daha da çox duz yuyulması nəticəsində təzyiq düşür, insan halsızlaşır, zəiflik, başgicəllənmə ola bilir.

Tərləməni və sidiyə getməni artıran içkilər qanı da qatılaşdırır. Bu da tromboz riskini artırır. Şirin qazlı içkilər və kofein tərkibli içkilər siyahıda birincidir.

İsti havada tünd çay, qəhvə və alkoqol içmək olmaz. Energetik içkilərdə kofein çoxdur. Hər nə qədər sərin olsa da onları içmək olmaz.

Belə havada nanəli çay, adi qazlı su, mineral su, xiyar, limon suyu və sərin kompotlar içmək lazımdır.

Mineral su itirilmiş duzu bərpa edə bilər”.

Aygün Musayeva