İt-pişiyi öpmək olarmı? - Alimlərdən cavab

  • 2024.05.23 18:31
  • 697 Baxış
İt-pişiyi öpmək olarmı?   - Alimlərdən cavab


Heyvansevərlər ev heyvanlarını öpməkdən özünü saxlaya bilmir. Bəs itləri, pişikləri öpmək təhlükəsizdirmi?


“Medicina” xəbər verir ki, Vaşinqton xəstəxanasının infeksionisti Qlenn Vortmann itin üzü yalamasına yol verməyin təhlükəsindən danışıb:


“Hətta ev heyvanın olsa belə üzünü, burnunu, ağzını öpmək olmaz. Və itə sənin üzünü yalamağa da imkan vermək olmaz. Mənim də pişiyim var, lakin mən onu üzümə yaxınlaşmağa icazə vermirəm.

Belə bir mif var ki, it ağız suyu insandan təmizdir, heç bir təhlükəsi yoxdur, hətta yaraya çəkilsə sağaldır. Bu heç də belə deyil. İtlərin ağız boşluğunda müxtəlif tip bakteriyalar var, az da olsa onlarda oln infeksiyaların keçmə ehtimalı var.

Məsələn, Pasteurella bakteriyası it və pişiklərin ağzında artır. O insanlara keçə bilər.

Onları öpmək açıq yara və xoraların da infeksiyalaşmasına səbəb ola bilər.
İtlərdə olan bəzi infeksiyalar insanlarda çox tez proqressivləşir, müalicə isə antibiotikterapiyadır.
İtlərdən qurdların da keçməsi riski var. Ev heyvanları daim qurd əleyhinə müalicə almalıdır.

Məsələn, lyambliya, kriptosporidiumlar it nəcisində olur, itlər özlərini yalayıb təmizləyir, sonra sahibini yalayarsa və ya ağzı, dili insana dəyərsə, keçə bilər.

Körpələr, uşaqlar heyvanlardan daha çox yolux bilir. Körpələrin immun sistemi heyvan mikrobiologiyasına hələ hazır deyil.

Eləcə də xərçəng xəstələri, leykozlar, diabetlər ehtiyatlı olmalıdır.

Hamilələr, yaşlı xəstə insanlar, üzündə akne, sızanaq, ağzında yara olanlar, QİÇS, Spid xəstələri heyvanlarla yaxın ünsiyyəti minimuma endirməlidir”.


Aygün Musayeva