Keyt Middlton kimyaterapiyadan tükənib

  • 2024.05.20 19:26
  • 585 Baxış
Keyt Middlton kimyaterapiyadan tükənib

Uels şahzadəsi Keyt Middltonun keçdiyi kimyaterapiya kursu təhlükəli yan təsirlərə səbəb olub.

"Medicina" xəbər verir ki, kimyaterapiya şahzadənin bədəninə, o cümlədən sümük iliyinə, bağırsağın selikli qişasına, saçına və dərisinə zərər verib.

Bildirilib ki, kimyaterapiya Middltonu tükədib, lakin o bunu gizlətməyə çalışır.

O, hazırda üç uşağı və əri Şahzadə Uilyamla malikanəsində tamamilə təcrid olunub. Kensington Sarayı şahzadənin şəxsi həyatına hörmət etdiyi üçün onun müalicəsinin təfərrüatını açıqlamır.