Kişilərə xəbərdarlıq: sperma sağlamlığı üçün 2-3 gündən bir...

  • 2024.05.06 23:23
  • 745 Baxış
Kişilərə xəbərdarlıq: sperma sağlamlığı üçün  2-3 gündən bir...
Alimlər günümüzdə kişilərin sperma sayının azaldığını izah edərkən, bu problemi həll etmək üçün bəzi tövsiyələr də veriblər.

Medicina.az xəbər verir ki, Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Bild am Sonntag” kişilərdə sperma sayının 1970-ci illərdən bəri azaldığını bildirən geniş yazı dərc edib.

Qəzet 1970-ci illərdə kişilərdə millimetrdə orta hesabla 100 milyon sperma olduğu halda, hazırda bu rəqəmin 50 milyona düşdüyünü yazıb.

Xüsusilə, 40-50 yaşlarda bu nisbətin daha da azaldığı qeyd edilib. Alimlər buna ətraf mühit faktorları, qidalanma vərdişləri, stress, spirt və siqaret vərdişi kimi səbəblərin təkan verdiyini ifadə edirlər.

Münhendə çalışan uroloq Çaya Svami bunları söyləyib:

“Əgər kişi tez-tez cinsi əlaqədə olursa, orqanizm bərpa olunmağa vaxt tapmır və sperma hüceyrələrinin sayı azalır. Bunun qarşısını almaq üçün hər 2-3 gündən bir cinsi əlaqədə olmaq kifayətdir”.

O, xüsusilə də uşaq sahibi olmaq istəyən kişilərin bu mövzuda diqqətli olmalarını tövsiyə edib.

“Bild” qəzetinə yazan cinsi məsləhətçi Jana Förster isə bol tərəvəz və vitamin qəbul etməyin vacib olduğunu açıqlayıb.

"Spirt və siqaret istehlak etməməli, stressə çox məruz qalmamalısınız”, - Förster qeyd edib.

Mütəxəssis sperma keyfiyyətinə təsir edən amillərdən birinin də bədən istiliyi olduğunu ifadə edib:

"Dar alt paltarları və dar şalvarlar bədən istiliyini artırır. Ona görə də geniş paltarlar geyinmək daha məntiqlidir”.


Aysel