Maddələr mübadiləsini 10 dəfə sürətləndirən üsul

  • 2024.05.21 19:20
  • 964 Baxış
Maddələr mübadiləsini  10 dəfə sürətləndirən üsul
Zirə yağların əridilməsi üçün istifadə olunan ədviyyatlardan biridir. Bu ədviyyat kaloriləri sürətlə yandırır.

Qarın hissəsində yığılan yağlar ən inadkar piy qatlarına çevrilir. Zirə buradakı yağları əritməkdə çox müvəffəqiyyətlidir.

Medicina.az xəbər verir ki, sağlam və fit bədənin sirri sağlam həzm sistemidir və zirə bunun üçün ən yaxşı vasitədir. Bu ədviyyat bağırsaqlara çox yaxşı təsir edir.

Bağırsaqları aktivləşdirən zirə onların sağlamlığını təmin edir. Bu, daha yaxşı bir həzm sisteminə sahib olmanıza imkan verir və həmçinin maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Sürətli metabolizmə sahib olmaq isə arıqlamağın və piyləri yandırmağın ən yaxşı yoludur.

Zirə, həmçinin həzm fermentlərinə stimullaşdırıcı təsir göstərir və şişkinliyi azaldır. Həzm problemləri, qəbizlik və s. üçün də faydalıdır. Həzm pozğunluqlarını aradan qaldırmağa kömək edir.

Dietoloqlar bütün bu xüsusiyyətlərdən ən qısa müddətdə faydalana bilmək üçün zirə ilə hazırlanan xüsusi suyu içməyi məsləhət görürlər. Səhərlər acqarına zirə suyu içmək maddələr mübadiləsini sürətləndirə və bir çox sağlamlıq problemlərinə yaxşı təsir göstərə bilər.

Bəs zirə suyu necə hazırlanır?

2 xörək qaşığı zirə toxumunu bir gecə öncədən suda isladın. Toxumlar şişəcək və suya sarımtıl rəng verəcək. Səhər isə bu suyu acqarına içmək lazımdır. Günün ilk yeməyi zirə suyunu içdikdən 1 saat sonra yeyilə bilər.



Aysel