Neqativ xəbərlərə və verilişlərə baxanları bu xəstəliklər gözləyir

  • 2024.05.27 16:05
  • 1171 Baxış
Neqativ xəbərlərə və verilişlərə baxanları    bu xəstəliklər gözləyir

Hər gün xəbərləri oxumaq, neqativ xəbərlərə maraq və sosial verilişlərə baxmaq fonunda real ağır xəstəliklər yarana bilər.


“Medicina” xəbər verir ki, psixoloq Darya Duqenskaya neqativ xəbərlərin orqanizmə təsirindən danışıb.


“İlk növbədə sinir və psixi problemlər başlaya bilər, gərginlik, təşviş artır, eləcə də immunitet düşür, təzyiq qalxır.


Elə xəbərlərə baxan nevroz, təşvişli insanlarda qəribə simptomlar yaranır və onlar özlərində istənilən xəstəliyi axtarmağa meyillidir.


Bəzən bunlar özünətəlqin olsa da, sonradan real nəticələrlə özünü göstərir.
Belə adamlar özlərini pozitiv, neytral xəbərlərlə əhatə etməlidir, epidemiya, müharibə, faciələr barədə neqativ xəbərləri izləməməlidir.

İmmunitet zəiflədikdə digər infeksion xəstəliklərə həssaslıq olur.

Alimlər sosial şəbəkələrdə keçirilən vaxtı gündə 3 saatan artıq keçməməyi tövsiyə edir.

Xəbərlərə isə sutkada cəmi 20 dəqiqə ayıra bilərsiz.


Əgər siz nevroz, psixoloji, psixoz, təzyiq xəstəsinizsə, ümumiyyətlə, kənar xəbərlərə baxmayın”.


Aygün M