Onkoloqdan xərçəng xəstələrinə müraciət: vitaminlərdən lazımsız istifadə...

  • 2024.06.06 19:17
  • 810 Baxış
Onkoloqdan xərçəng xəstələrinə müraciət:  vitaminlərdən lazımsız istifadə...
Həkim məsləhəti olmadan vitamin qəbulu pis nəticələrə səbəb ola bilir.

Medicina.az xəbər verir ki, onkoloq Dr. Nail Özhan xüsusilə də xərçəng xəstələrinin vitaminlərdən şüursuz şəkildə istifadə etməsinin çox təhlükəli olduğunu bildirib.

“Ehtiyac olmadığı halda vitaminlərdən lazımsız istifadə etdikdə faydadan çox zərər görə bilərlər. Xərçəng üçün bitki mənşəli müalicələrin də heç bir sübut edilmiş faydası yoxdur. Lakin onlar da çox populyardır. Bəzi xəstələr “bitki müalicəsindən, yoxsa vitaminlərdən istifadə edək?” deyə soruşurlar”.

Həkim qeyd edib ki, hər xərçəngə yanaşma fərqli olmalıdır, ümumi bir müalicə üsulu yoxdur.

“İlk növbədə xərçəngin yaranma səbəblərini araşdırmaq lazımdır. Xərçənglərin təxminən yarısı ətraf mühit faktorlarından qaynaqlanır. Bunlardan başlıcası siqaret, alkoqol, günəş işığına müdafiəsiz məruz qalma, piylənmə və oturaq həyat tərzidir. Bu amillərdən qaçmaq lazımdır. Bunların xaricində yaşlanma ilə əlaqədar bədənimizdə yaranan mutasiyalar xərçəngə səbəb olur. Xərçəng hallarının 15 faizi genetik və ya ailə səbəblərindən qaynaqlanır.

Odur ki, hansısa bitki və ya vitaminlə sağalmağın mümkün olduğunu düşünmək yanlışdır”, - deyə onkoloq qeyd edib.


Aysel