Orqanların qocalmasını sürətləndirən dieta – Diqqət

  • 2024.05.24 15:41
  • 1058 Baxış
Orqanların qocalmasını sürətləndirən dieta  – Diqqət

Son zamanlar dəbdə olan Keto dieta toxuma və hüceyrələrin erkən qocalmasını sürətləndirir.


“Medicina” xəbər verir ki, bu nəticəyə Texas universitetinin alimləri gəlib.
Tədqiqat 2 qrup laboratoriya siçanları üzərində aparılıb.

1-ci qrup adi, klassik qidalanmada, iinci isə keto-dietada idi.

Ketogen dieta yüksək səviyyədə yağ və zülal, çox aşağı karbohidrat qidalanmasıdır.

Sınağın sonunda alimlərin siçanların orqanizmində baş verən dəyişikliyi izləyib.

Nəticələr gözlənilməz olub, keto dieta hüceyrə səviyyəsində qocalmaya səbəb olur, ürək və böyrəklərə neqativ təsir edib.


Bundan bir daha əmin olmaq üçün alimlər bitki yağı olan Crisconu kakao yağı ilə əvəz ediblər.

21 gün sonra bu yağı yeyən siçanların qanında xolesterin və triqliseridlər artıb.

Belə dəyişikliklər ürək xəstəliklərini artırır.

Alimlər uzun müddət keto dietaya əməl etməyi tövsiyə etmir.


Aygün Musayeva