Ötən ay 23 aptekdə yoxlama aparılıb - Nəticələr

  • 2024.07.03 17:45
  • 638 Baxış
Ötən ay 23 aptekdə yoxlama aparılıb -  Nəticələr
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb.

Bu barədə Medicina.az -a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.


İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.