Parkinson xəstəliyinin genetik səbəbi tapıldı

  • 2024.04.28 12:43
  • 744 Baxış
Parkinson xəstəliyinin genetik səbəbi tapıldı
Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər.

Medicina.az xəbər verir ki, tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub.

Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyaya səbəb olur, insanın fəaliyyət qabiliyyətini tədricən pozur. Hazırda bu diaqnozun müalicəsi yoxdur, lakin onun gedişatını yavaşlatmaq olar.

Alimlərin fikrincə, bu gün 92-dən çox DNT bölməsi məlumdur ki, onlarda potensial olaraq xəstəliklə əlaqəli 350-yə yaxın gen var. Bununla belə, bu genlərin hər birinin ayrı-ayrılıqda öyrənilməsi əhəmiyyətli nəticələr vermir, çünki onların Parkinson xəstəliyinin inkişafına fərdi töhfəsi minimaldır.

Komanda yeni analiz metodundan istifadə edərək "RAB32 Ser71Arg" adlı gendə yeni genetik mutasiya müəyyən edib. O, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Türkiyə, Tunis, ABŞ və Böyük Britaniya da daxil olmaqla, dünyada 13 insanda insanda aşkar edilib.

Araşdırma nəticəsindən məlum olub ki, "RAB32 Ser71Arg" mutasiyasının bütün daşıyıcıları hamısı uzaq qohumdur. Tədqiqatçıların müəyyən etdiyi hər bir yeni gen Parkinson xəstəliyini proqnozlaşdırmaq və qarşısını almaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.