Qanda leykositlərin ciddi artımı xərçəngdəndir?

  • 2024.05.27 20:10
  • 730 Baxış
Qanda leykositlərin ciddi artımı    xərçəngdəndir?

Ümumi qan analizində leykositlər çox səbəbdən qalxa və düşə bilər.


Həkimlər də bakterial və virus xəstəliklərində birinci bu dəyərə baxır.


“Medicina” xəbər verir ki, terapevt İvan Noskov bu qan markerinin bir çox patoloji prosesləri göstərə biləcəyini deyib.

“Çox hallarda bu banal və ya ağır infeksion xəstəliklərdən ola bilər.
Qanda leykositlərin artması leykositoz adlanır.

Revmatik xəstələrdə, eləcə də intoksikasiyadan da arta bilər. Eləcə də digər səbəb ürəkdə infarktdır.

Digər qorxulu məqam xərçəngdə də leykositlər yüksək ola bilər, bu zaman onlar uzun müddət yuxarıda qalır.

Qan xərçəngi limfoleykozda sümük iliyi yetişməmiş, çox sayda limfositlər hasil edir.

Leykositlərin cüzi artımı fiziki və nevroloji psixi yüklənmədən də ola bilər.
Dəqiq səbəbi həkim müəyyən edə bilər”.


Aygün Musayeva