Daimi meteorizm, köp təkcə həzm sistemində problemlərdən xəbər vermir. 
“Medicina” xəbər verir ki, qastroenteroloq Olqa Pomoyneskaya qarında artıq qazların orqanizmi tükətdiyini bildirib.
“Bu o deməkdir ki, yedikləriniz tam sovrulmur, faydalı vitaminlər mənimsənilmir. Uzun müddət köplə yaşayan insanda ciddi vitamin-mineral defisiti olur.
Qazlar qida elementlərinin bağırsaq selikli qişası ilə təmasına imkan vermir. 
Bu qidalar köp yaradır:
-	Paxlalılar
-	Sarımsaq
-	Alma, şaftalı
-	Şirniyyat
-	Qozlar
-	Qazlı içkilər
-	Kələmlər
Hansı səbəbdən daimi köp olur?
-	Disbakterioz
-	Göbələk və bakterial artım 
-	Turşuluğun aşağı olması
-	Dərman qəbulu
-	Qidada çoxlu zülal olması
-	Lif azlığı
-	ŞƏkər əvəzediclər, fruktoza
-	Ferment çatışmazlığı
-	Öd və qaraciyər problemləri
-	Qıcıqlanmış bağırsaq sindromu
Köp mütləq müalicə olunmalıdır”.
Aygün Musayeva