Sağlam və uzun ömür üçün belinizi incəldin – Mehmet Özdən tövsiyələr

  • 2024.05.06 14:04
  • 759 Baxış
Sağlam və uzun ömür üçün belinizi incəldin –  Mehmet Özdən tövsiyələr
ABŞ-da yaşayan türk ürək cərrahı Prof. Dr. Mehmet Öz sağlam və uzun ömür üçün ən mühüm amilləri açıqlayıb.

Medicina.az xəbər verir ki, həkim sağlamlıq üçün ən mühüm amilin bel ətrafında mümkün qədər az yağ olmasını təmin etmək olduğunu deyib. O, buna görə də ilk hədəfin məhz beli incəltmək olduğunu bildirib.

Mehmet Öz sağlamlığa zərər verən bir nömrəli problemin piylənmə, digərinin isə tütün və tütün məhsullarından istifadə etmək olduğunu bildirib.

Professor insanların əksəriyyətinin arıqlamaq istədiyinə diqqət çəkib və sözlərini belə davam etdirib:

“Əslində məqsədimiz arıqlamaqdan çox beli incəltmək olmalıdır. Məsələn, boy 1,80 santimetrdirsə, bel ətrafı 90 santimetrdən az olmalıdır”.

Doktor acı qidalar yeməyin, həmçinin çərəz və yumurta istehlakının insanı tox saxlayaraq həm arıqlamağa, həm də beli incəltməyə kömək etdiyini bildirib.

“Beynimiz kalori axtarmır, əslində qida maddələri axtarır. Bədəninizə qida maddələrini versəniz, daha az yeyəcəksiniz. Bu sadaladığım qidaların kalorisi də var, lakin qida maddələrinin miqdarı çox yüksək olduğu üçün çox faydalıdırlar. Araşdırmalarımıza görə, fındıq, fıstıq, qoz kimi qidalardan istifadə edən insanlar kökəlmir. Təbii ki, idman da bel ətrafını incəltmək üçün çox vacibdir", - deyə Mehmet Öz vurğulayıb.


Aysel