Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhər yeməyindən imtina edənləri gözləyən TƏHLÜKƏ

  • 2024.07.31 10:32
  • 1390 Baxış
Səhər yeməyindən imtina edənləri gözləyən  TƏHLÜKƏ
Səhər yeməyindən imtina etmək ürək sağlamlığına mənfi təsir göstərir.

Medicina.az xəbər verir ki, bunu Mayo Klinikasının kardioloqu Françisko Lopez-Jimenez bildirib.

Onun fikrincə, səhər yeməyi yeməmək effektiv şəkildə çəki atmağa mane ola bilər. Üstəlik, bu zaman ürək-damar sistemi ilə bağlı xoşagəlməz hallarla da üzləşə bilərsiniz.

Həkim “MedicalXpress”ə izah edib ki, çoxsaylı araşdırmalar günün ilk yeməyinin sağlamlıq üçün əhəmiyyətini sübut edib:

“Müxtəlif ölkələrin alimləri belə qənaətə gəliblər ki, səhər yeməyindən imtina edən insanlarda ürək xəstəliklərinə tutulma riski artır. Bəzi elmi araşdırmalar da infarktların səhər saatlarında baş vermə ehtimalının daha çox olduğunu göstərib”.

Kardioloqun sözlərinə görə, ürək sağlamlığı üçün təhlükənin bir hissəsi səhər saatlarında adrenalin səviyyəsinin artması ilə bağlıdır.

“Adrenalin bədənin stress və ya təhlükəyə cavab olaraq istehsal etdiyi bioloji aktiv maddədir. O, ürək dərəcəsini stimullaşdırmağa, bronxları genişləndirməyə, qan təzyiqini artırmağa və qan qlükoza səviyyəsini saxlamağa kömək edir. Qida olmadıqda, bədəndə stress vəziyyəti arta bilər. Bu da öz növbəsində, ürək-damar sisteminin həddindən artıq yüklənməsinə səbəb olur.

Səhərlər yemək yeməmək arıqlamağa çalışan insanlar üçün də zərərlidir. Bu cür pəhriz nəinki arıqlamağa kömək etmir, həm də axşam və yatmazdan əvvəl həddindən artıq yeməyə səbəb olur”, - deyə həkim vurğulayıb.


Aysel