Səhərlər çay və qəhvə əvəzinə bunu için! - Fərqi qısa müddətdə hiss edəcəksiniz

  • 2024.05.06 12:29
  • 603 Baxış
Səhərlər çay və qəhvə əvəzinə bunu için! -  Fərqi qısa müddətdə hiss edəcəksiniz
Günə adətən çay və ya qəhvə ilə başlamaq bir çox insan üçün adi haldır. Sağlam həyatı seçənlər isə adətən limonlu və ya sirkəli su içirlər. Ancaq son vaxtlarda daha bir faydalı su səhər rutinlərinin ayrılmaz hissəsinə çevrilir.

Medicina.az xəbər verir ki, dietoloqlar suya 1 qaşıq darçın əlavə edib səhərlər içməyi məsləhət görürlər.

Qeyd edilir ki, bu suyu hazırlayarkən darçın çubuqlarından da istifadə etmək olar. Darçının çubuğu və ya darçın tozu qaynar suya əlavə edilərək dəmlənməlidir. Daha sonra ilıq və ya soyuq halda içmək olar.

Darçınlı suyun bir çox faydası olduğu bildirilir. Bu içki həzmi dəstəkləməkdən tutmuş immuniteti gücləndirməyə qədər bir çox faydaları ilə diqqət çəkir. Ən əhəmiyyətli təsiri qan şəkərini tarazlaması və yaddaşı gücləndirməsidir.

Səhərlər darçınlı su içməyin digər faydaları isə belə sadalanır:

- Maddələr mübadiləsini sürətləndirir
- İltihabı azaldır
- Beyin fəaliyyətini yaxşılaşdırır
- Həzmə kömək edir
- Arıqlamağa kömək edir
- Xolesterin səviyyəsini aşağı salır
- Menstrual narahatlığı aradan qaldırır
- Ürək sağlamlığını dəstəkləyir


Aysel