Yeni Klinikanın Qastroenterologiya şöbəsində şəhid atası ağır vəziyyətdən çıxarılıb.
"Medicina" xəbər verir ki, qanaxma, melena şikayətilə müraciət edən xəstənin dərhal müayinələri həyata keçirilib.
Həkim-qastroenteroloq Samirə Həsənova və Elvin Əliyev tərəfindən endoskopiyaya alınan xəstənin 12 barmaq bağırsağında qanayan xora aşkar olunub. Həkim-qastroenteroloqlar tərəfindən hemoklips qoyularaq qanaxma nəzarət altına alınıb.
Məlumat üçün bildirək ki, xəstə Yunus Şadmanov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Əkrəm Şadmanovun atasıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.