Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

  • 2024.04.24 16:24
  • 629 Baxış
Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

"Medicina" xəbər verir ki, 88 yaşlı Salman bin Əbdüləziz sonuncu dəfə 2022-ci ilin mayında tibbi testlərdən keçmək üçün xəstəxanaya yerləşdirilib.

O, 2020-ci ildə öd kisəsindən əməliyyat olunub.