Yaddaş gücləndirici dərmanların fəsadları AÇIQLANDI - VİDEO

  • 2024.06.06 11:30
  • 734 Baxış
Yaddaş gücləndirici dərmanların fəsadları AÇIQLANDI -  VİDEO
İmtahanda uğur qazanmaq üçün həm abituriyentlər, həm də tələbələr yaddaş gücləndirici dərmanlara üstünlük verirlər.

Medicina.az bildirir ki, bu tendensiya son vaxtlar daha da artıb.

Abituriyentlərlə yanaşı bəzi valideynlər də övladlarına belə dərmanlar alırlar.

Əczaçılar bildiriblər ki, yaddaş gücləndirici dərmanlara tələbat artıb.

Ekspertlər isə bununla bağlı xəbərdarlıq edirlər. Belə ki, yoxlamadan keçmədən bu dərmanların istifadəsi bir çox problemlərə yol aça bilər.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev isə bildirib ki, mikroelement, mineral vitamin çatışmazlığı, xroniki yorğunluq, stress xəstədə yaddaş probleminə gətirib çıxarda bilir:

"Bəzi insanlar isə diqqətini toplaya bilmədiyindən bunu yaddaş problemi kimi qələmə verirlər. Bu zaman bəzən psixotrop dərmanlar belə qəbul edilir. Bu da bəzilərində sonradan asılılıq yaradır. Yüksək dozada qəbul edildikdə isə gənclərdə daha ağır fəsadlara gətirib çıxara bilər. Belə problemi olanlar mütləq şəkildə həkimə müraciət etməlidirlər".

Ətraflı süjetdə: