Yay aylarında hər gün yeməli olduğunuz meyvələr - SİYAHI

  • 2024.05.13 18:10
  • 376 Baxış
Yay aylarında hər gün yeməli olduğunuz meyvələr -  SİYAHI
Qidalanma və pəhriz üzrə mütəxəssis Derya Eren yay aylarında mütəmadi olaraq yeyilməsi tövsiyə edilən meyvələrdən danışıb.

Medicina.az xəbər verir ki, dietoloq bu meyvələrin vitamin, mineral, lif və antioksidant baxımından zəngin olduqlarını nəzərə çatdırıb.

Aşağıdakı 6 meyvə xüsusilə yay aylarında hər gün yeyilməlidir:

1. ÜZÜM

Tərkibindəki vitamin və minerallarla yanaşı, sağlamlığımız üçün vacib olan bir çox komponentləri də ehtiva edir. Xüsusilə qara üzüm tərkibindəki resveratrol sayəsində ürək-damar sağlamlığına müalicəvi təsir göstərir. Üzümün tərkibindəki dəmir anemiyadan əziyyət çəkənlər üçün qan istehsalını dəstəkləyir. Ehtiva etdiyi karotenoidlər sayəsində göz sağlamlığına yaxşı təsir edir. Tərkibində kalium olduğu üçün yüksək təzyiqdən əziyyət çəkənlərə kömək edir.

Lakin glisemik indeksi yüksəkdir. Yəni qan şəkərini tez yüksəldib aşağı salır. Buna görə də xüsusilə diabet xəstələri ehtiyatla istehlak etməlidirlər.

2. QOVUN

Selen, beta-karotin, C vitamini və bəzi antioksidant maddələrlə zəngindir. Beləliklə, oksidləşdirici stressin qarşısını alır, sərbəst radikalların bədəndən çıxarılmasına kömək edir, immunitet sisteminin güclənməsinə töhfə verir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Tərkibindəki C vitamini sayəsində dəri sağlamlığına da faydalıdır. Beta-karoten isə göz sağlamlığı üçün vacibdir. Yüksək su və lif tərkibi ilə həzm sisteminin nizamlı işləməsini dəstəkləyir. Ehtiva etdiyi kalium qan təzyiqini tənzimləməyə kömək edir.

Ancaq həddindən artıq istehlak ishala səbəb ola bilər. Yüksək qlisemik indeksli bir meyvə olduğu üçün diabet xəstələrinin ehtiyatla istehlak etmələrində fayda var.

3. QARPIZ

Qarpız dedikdə ağlınıza likopen gəlməlidir. Likopen meyvə və tərəvəzlərə qırmızı rəng verən bir antioksidantdır. Qida yolu ilə aldığımız likopen ürək-damar xəstəlikləri, diabet, xərçəng, osteoporoz kimi bir çox xəstəliyə qarşı təsirlidir. Qarpız tərkibindəki sitrulin və arginin sayəsində qan təzyiqini aşağı salır və immunitet sistemini gücləndirir. Bu ləzzətli meyvə ehtiva etdiyi maqnezium və kalium sayəsində əzələ ağrısı və kramplara qarşı təsirlidir. A, B6 və C vitaminləri ilə də zəngin olan qarpızın 90 faizi sudur. Buna görə də yay aylarında orqanizmin maye ehtiyacını ödəyir. Qarpız liflə zəngin olduğu üçün həzm sisteminin nizamlı işləməsinə kömək edir.

4. ÇİLƏYƏK

Çiyələkdə C, K, E və B qrupu vitaminləri var. Kalsium, dəmir, maqnezium və mis kimi minerallarla zəngindir. Tərkibindəki antioksidantlarla xərçəngdən qoruyucu təsirə malikdir. LDL adlandırılan pis xolesterolu aşağı salır. Həmçinin qan şəkərini balanslaşdıraraq diabet riskini azaldır, tərkibindəki B9 vitamini ilə yorğunluq və zəifliyə yaxşı təsir edir.

Lakin allergen qidalardan biri olan çiyələk dəridə allergiya ilə bağlı müxtəlif reaksiyalara səbəb ola bilər. Bundan əlavə, tərkibində pestisid olduğu üçün çiyələk yuyulduqdan sonra 5-10 dəqiqə sodalı suda saxlanılmalı, yenidən yuyulduqdan sonra istehlak edilməlidir.

5. ALÇA

Tərkibində yüksək miqdarda C vitamini olması ilə yanaşı, A, K və B qrupu vitaminləri, natrium, kalium, kalsium, dəmir, maqnezium və antioksidantlarla zəngindir. Tərkibindəki C vitamini ilə dəmirin udulmasını artırır. K vitamini və maqnezium sayəsində sümüklərin güclənməsinə kömək edir. Diş ətlərini gücləndirir. A və C vitaminləri isə bədəndə kollagen istehsalını dəstəkləyir və qırışların əmələ gəlməsini gecikdirir. Ehtiva etdiyi beta-karotinlə göz sağlamlığını qoruyur. Lifli olduğu üçün toxluq hissi verərək çəkiyə nəzarət etməyi asanlaşdırır. Həzm sisteminin nizamlı işləməsinə kömək edir və qəbizliyin qarşısını alır. Qan şəkərini balanslaşdırır. Buna görə də şəkərli diabet xəstələri üçün faydalıdır.

Ancaq alçanı duz ilə istehlak edərkən diqqətli olmaq lazımdır. Xüsusilə böyrək və təzyiq xəstələri alçanı duzlu yeməməlidirlər.

6. ALBALI

Tərkibində A, C, B və K vitaminləri, həmçinin maqnezium, kalium, manqan və mis mineralları var. Xüsusilə A vitamini və kaliumla zəngindir. Bədənin natrium-kalium balansını saxlayaraq qan təzyiqini aşağı salan təsirə malikdir. Bədəndən sidik turşusunu çıxarmağa kömək edir, oynaq ağrılarına yaxşı təsir edir. Məşq zamanı iltihabı azaldır və məşqdən sonra sürətli bərpanı təmin edir. Tərkibindəki melatoninlə keyfiyyətli yuxunu dəstəkləyir. Ehtiva etdiyi C vitamini isə yaşlanma əleyhinə təsir göstərir. Diabet xəstələri üçün ideal meyvədir. Yüksək lif tərkibi ilə qəbizliyə qarşıs təsirlidir.

Həddindən artıq istehlak ishala səbəb ola bilər. Ürək və təzyiq problemi olanlar albalıdan ehtiyatla istifadə etməlidirlər.


Aysel