Yayda böyrək daşları niyə aktivləşir?

  • 2024.05.01 19:48
  • 525 Baxış
Yayda böyrək daşları niyə aktivləşir?

Böyrəklərində daş əmələ gələnlər daha çox isti yayda tibbi xidmət üçün müraciət edir.


“Medicina” xəbər verir ki, həkimlər bunun səbəbini isti havanın daşları stimulə etməsi ilə izah edib.

Duz və minerallardan ibarət daşlar tərpənib, sidik kanalına düşə və çox dəhşətli ağrılar verə bilər.

Daşların tərpənməsi qanama, yüksək hərarət, ürəkbulanma, qusma və sidikdə problem yarada bilər.

Elmi araşdırmalar sübut edib ki, böyrək daşları qışda daha çox toplanır, çünki soyuq aylarda sidikdə çox miqdarda kalsium toplanır.

Oturaq həyat tərzi, az su içmək daşları sakit saxlayır.

Yayda isə insan fiziki aktiv olduğu üçün daşlar da hərəkətlənir.

Daş yaranmasının qarşısını almaq üçün su maye qəbulunu artırmaq lazımdır.

Su oksalatları parçalayır, böyük daşların əmələ gəlməsinin qarşısını alır.
Ona görə yayda xüsusilə adi su qəbuluna fikir verin.

Böyrəyində bir dəfə daş əmələ gələnlərdə yaxın 5 ildə yenidən yaranma riski 50%-dir.

İnsan yaşlandıqca daş yaranma intensivləşir.

Aygün