İsti havalarda bu 3 qaydaya əməl etməyənlər təhlükəli xəstəliklərlə üzləşirlər

  • 2024.07.01 13:25
  • 578 Baxış
İsti havalarda bu 3 qaydaya əməl etməyənlər  təhlükəli xəstəliklərlə üzləşirlər
Yay aylarında günəşdən qorunmağa çalışmaqla məsələ bitmir. Yay mövsümünü sağlam keçirə bilmək üçün daha bir neçə qaydaya əməl etmək lazımdır.

Medicina.az xəbər verir ki, məşhur dermatoloq Dr. Lindsi Zubritski yay mövüsümü ilə bağlı mühüm məsləhətlərini bölüşüb.

O, isti havalarda mütləq aşağıdakı 3 qaydaya əməl etməyi məsləhət görüb:

1. Hovuzun kənarında ayaqyalın gəzməmək

"Hovuzlarda, ictimai duşlarda, saunalarda və bu tip rütubətli, nəm mühitlərdə mütləq göbələklər olur. Belə yerlərdə göbələyə yoluxmaq çox asandır. Odur ki, buralarda ayaqyalın gəzmək edəcəyiniz ən böyük səhv ola bilər.

2. Sitrus meyvələrini saça və dəriyə çəkməmək

Dr. Zubritski bildirir ki, bəzi qadınlar saçlarının rəngini açmaq üçün limon şirəsindən istifadə edirlər:

"Sitrus meyvələri UV şüaları ilə qarşılıqlı təsir göstərə bilər və fitofotodermatit adlı fototoksik reaksiyaya səbəb ola bilər. Bu zaman dəridə qabarcıqlar yaranır. Onlar aylarla sizi narahat edə bilər. Qabarcıqlar yox olsa belə hiperpiqmentasiya davam edəcək”.

3. Yaş saçla yatmamaq

Dr. Zubritski bunun da ən təhlükəli addımlardan biri olduğunu bildirib.

"Mən həmişə yatmazdan əvvəl saçlarımı quruduram. Yaş saçla yatmaq bakteriya və göbələklər üçün münbit şərait yaradır. Yaş saçla yatanların baş dərisində tinea capitis və ya seboreik dermatit kimi xəstəliklər yarada bilər. Seboreik dermatit baş dərisində pullu ləkələrə səbəb olur", - deyə dermatoloq qeyd edib.


Aysel