Yüksək ürək döyüntüsü qanı qatılaşdırır – Kardioloq

  • 2024.04.24 16:04
  • 841 Baxış
Yüksək ürək döyüntüsü qanı qatılaşdırır  – Kardioloq

Ürək ritminin normadan çox olması, 100-ə çatması qanı qatılaşdıra bilər.


“Medicina” xəbər verir ki, kardioloq Diana Çevoyeva taxikardiyanın təhlükəsindən danışıb.


“Ürək yığılmasının sayının artması fiziki aktivlik və stress zamanı normaldır.

Amma sakit halda ürək ritminin çoxluğu, ürək ritmi pozulması, ürək çatışmazlığı, qalxanvari vəz xəstəliyi zamanı ola bilər.


Amma istənilən halda ürək ritminin artıqlığı tromb əmələ gəlməsinə təsir edir. Qan damarlarında trombdan qorunmaq üçün müayinə olunmalı, qandurulducu preparatlar təyin edilməlidir.

Trombun profilaktikası üçün şərtlər:


Müntəzəm gimnastika, idman, gəzmək, fiziki aktivlik, üzgüçülük lazımdır.
Maye qəbul etməli, meyvə-tərəvəz, göyərti çox yeməli, çox oturmaqdan qaçmalı, alkoqol və siqareti tərgitməlisiz".

Aygün Musayeva