Azərbaycan daha bir şəhid verdi - Döyüş davam edir

  • 2020.07.13 09:07
  • 50173 Baxış
Azərbaycan daha bir şəhid verdi  - Döyüş davam edir
Azərbaycan Ordusu bu gecə daha bir şəhid verib.

Müdafiə Nazirlıiyindən "BakuPost"a verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir".

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Bunlar Ağstafanın Yuxarı Göycəli kənd sakini, 1987-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu
Tovuzun, Ağdam kənd sakini, 1996-cı il təvəllüdlü əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğludur.
Həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyən Tovuzun, Ağdam kənd sakini, 1996-cı il təvəllüdlü Baş əsgər Məmmədov Elşad Dönməz oğlu da şəhid olub.