Azərbaycan infarktdan ölüm sayına görə dünyada 2-ci oldu

  • 2024.05.27 18:24
  • 1857 Baxış
Azərbaycan infarktdan ölüm sayına görə   dünyada 2-ci oldu
Azərbaycan ürək-damar xəstəlikləri və infarktdan ölümə görə beynəlxalq statistik cədvələ liderlik edir.


"Medicina" xəbər verir ki, “World Statistics” Beynəlxalq statistika mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir.

Birinci yerdə Tacikistan gəlir. Bu ölkədə göstərici 389-dur. Fərq çox simvolikdir. Əgər 1 nəfər artıq xəstə qeydə alınsaydı, birinci olardıq.

Onluqda Özbəkistan, Ukrayna, Belorus yer alıb.

Qonşu Rusiya 27, Türkiyə 117-ci yerdədir.

Ən yaxşı nəticə isə Yaponiya və Fransadadır.


MEDİCİNA.AZ