Azərbaycanda 141 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü

  • 16 Sen 2020 16:03
  • 2243 Baxış
Azərbaycanda 141 nəfər koronavirusa yoluxdu    - 3 nəfər öldü


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7656, ötən müddət ərzində isə ümumilikdə 1 027 685 test aparılıb.




X