“ Azərbaycanda 2 yaşından 90 yaşına kimi koronavirus xəstəsi var” - RƏSMİ

  • 2020.04.08 18:49
  • 2168 Baxış
 “ Azərbaycanda 2 yaşından 90 yaşına kimi  koronavirus xəstəsi var”   - RƏSMİ


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqdə Azərbaycanda koronavirusa yoluxmuş vərəndaşların yaş məsələsinə aydınlıq gətirib:

“Bizim 2 yaşından 90 yaşına kimi xəstələrimiz var. Sağalanlar arasında 82 yaşlı xəstəmiz də olub.
Yoluxmada artıq yaş önəmli deyil.

Müalicənin nəticəsi orqanizmin virusa hüceyrənin immun cavabı ilə ölçülür. Hər xəstədə bu cavab fərqlidir.
Ağır simptomlarla keçməsi bütün yaş qruplarında özünü göstərə bilər.
Yanaşı gedən xəstəliyi olanları daha çox vəfat edir.

Bizdə də vəfat edənlər arasında ağır revmatoloji, şəkər, ürək, onkoloji xəstəliyi olanlar, ağır dərmanlar qəbul edənlər olub.

Ona görə bu yaşda və ağır xəstəliyi olanları daha çox qorumalıyıq”