Azərbaycanda 7 nəfər koviddən öldü

  • 2023.03.25 17:15
  • 1448 Baxış
Azərbaycanda 7 nəfər koviddən öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan 7 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 829 345 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, 10 160 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 511, hazırkı dövrədək isə 7 552 099 test aparılıb.