Azərbaycanda boşanmalar artıb- 6 aya 9000-dən çox ailə

  • 2020.10.16 16:36
  • 1558 Baxış
Azərbaycanda boşanmalar artıb - 6 aya 9000-dən çox ailə

Azərbaycanda boşanma statistikasında artım var.

Bu ilin yanvar-avqust aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 23 min 415 nikah vә 9 min 644 boşanma halları qeydә alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Bildirilib ki, qeydə alınan nəticələrə əsasən, әhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Bununla yanaşı, cari ilin yanvar-avqust ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana 1086 nәfәr gәlәn, Azәrbaycandan isә 423 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 663 nәfәr tәşkil edib.