Azərbaycanda bu günə yoluxma

  • 08 İyl 2022 18:12
  • 6213 Baxış
Azərbaycanda bu günə yoluxma

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 310 nəfərdir.

Ölkədə son sutka ərzində 1 870, hazırkı dövrədək isə 6 981 903 test aparılıb.