Azərbaycanda bu günə yoluxma sayı azalıb

  • 2021.11.10 16:38
  • 1084 Baxış
Azərbaycanda bu günə yoluxma  sayı azalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.