Bu ilin 10 ayında (yanvar-oktyabr) ayında qeydə alınan doğum və ölüm faktları açıqlanıb.
Medicina.az xəbər verir ki, Statistika komitəsinin məlumatına görə, bu il ərzində 2 714 əkiz, 81 üçəm doğulub.
Həmçinin cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.9 faiz olub. Doğulan körpələrdən 2 714-ü əkiz, 81-i isə üçəm olub.
Bundan əlavə 2025-ci ilin on ayı ərzində ölkədə 49 846 ölüm halı qeydə alınıb.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5.8) qalıb.
medicina.az