Azərbaycanda bu xəstələr həkim nəzarətindədir - 23-nün vəziyyəti ağırdır

  • 28 Mrt 2020 21:00
  • 2015 Baxış
Azərbaycanda bu xəstələr həkim nəzarətindədir -  23-nün vəziyyəti ağırdır
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda deyilir. Məlumata görə, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.


Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.


X