Azərbaycanda D vitaminini səhv təyin edirlər - Uzmandan Xəbərdarlıq

  • 2021.05.25 16:20
  • 31028 Baxış
Azərbaycanda D vitaminini səhv təyin edirlər -  Uzmandan Xəbərdarlıq


D vitamini defisiti uşaqdan böyüyə kimi hər kəsdə aşkarlanır. Bu gün hansı həkimə gediriksə birinci bu analizi verdirir və D vitamini təyin edir.


Orqanizmin il boyu bu vitaminə ehtiyacı var. Biz onu lazımi qədər Günəş və qidalardan ala bilmirik.
Lakin məlum olub ki, ucdantutma hamıya təyin edilən D vitaminin qəbulunda səhvlərə yol verilir.

Medicina.az xəbər verir ki, artıq dünyada alimlər təkcə D vitamininin təyinini yetərsiz hesab edir.

Azərbaycanda da bu səhvə yol verilir. Yüksək miqdar D təyin edilir, amma bu xəstənin bədənində yetəri qədər K vitamini, maqniy və kalsium olmaması nəzərə alınmır.

D vitamini bədəndə təkbaşına fəaliyyət göstərmir. Onun reaksiyalar zəncirinə daxil olub, kalsiumu mənimsəməsi üçün maqniy və K2 vitamini lazımdır.

Uzmanlar D vitamini təyin edilərkən yanaşı olaraq K 2 vitamini və maqniy qəbulunu da vacib hesab edir.

Eləcə də yüksək miqdar D vitamini alan xəstə, xüsusən uşaq və yaşlılar kifayət qədər kalsiumlu qidalar yemirsə, D vitamini kalsiumu sümüklərdən çəkib qana sıçradır.

D vitamini kalsium və fosforon mənimsənilməsi, sovrulmasına cavabdehdir. Əgər bu iki mineral orqanizmə qəbul olmursa, defisitdirsə, o zaman sümükləri təkcə D vitamini ilə möhkəmlətmək mümkün olmayacaq.

D vitamini K 2 ilə bərabər aldığında onun əmilmə faizi artır.K vitamini qan laxtalanması və normal sümüklər üçün vacibdir.
Ona görə də hamının yol verdiyi səhvə siz yol verməyin.

Yüksək dozalarda D vitamini qəbulu isə bəzi mənbələrdə düzgün hesab edilmir. Defisit olsa belə günlük 5000 doza müntəzəm, tədricən alınması daha yaxşıdır, nəinki aşırı yüksək dozanın birdən qəbulu.

D vitamini azlığı yorğunluq, halsızlıq kimi əlamətlər verir.
Qışdan yaza keçəndə ciddi defisit olur.