Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı- Bu günə RƏSMİ

  • 2020.04.23 16:21
  • 1574 Baxış
Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı - Bu günə RƏSMİ


Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan medicina.az-a verilən məlumata görə, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.