Azərbaycanda daha bir həkim səhvi: Daun sindromlu uşağı dəfələrlə…

  • 2018.03.10 10:10
  • 11018 Baxış
Azərbaycanda daha bir həkim səhvi:  Daun sindromlu uşağı dəfələrlə…
Azərbaycanda fəaliyyət göstərən klinikaların birində daun sindromlu uşağı dəfələrlə səhv əməliyyat ediblər və nəticədə böyrəyinin işləmə funksiyası 25 faizə düşüb.


Medicina.az xəbər verir ki, yaranmış problemlə bağlı Ailem.az-a məlumat verən məşhur uroloq-cərrah Fuad Hüseynov bildirir ki, daun sindromlu 6 yaşlı uşaq böyrəyini qorumaq məqsədilə dəfələrlə əməliyyat olunub. Lakin böyrəyin işləmə funksiyası 25 faizə qədər düşüb: "Norma isə 50 % olmalıdır. Böyrəklərində genişlənmə olduğu üçün başqa klinikada 1-ci dəfə 1 yaşında böyrək ləyənin sidik axarına keçən yerində daralma olduğu deyilib. Pyeloplastika əməliyyatı olunub. Daha sonra genişlənmə davam etdiyi üçün hər iki sidik axarının sidik kisəsinə girən yerində daralma olduğu deyilib və 2 yaşında təkrar əməliyyat olunub”.


Həkim bildirir ki, bütün bu əməliyyatlara baxmayaraq, böyrəkdə yenə genişlənmə davam edib: "Həmin həkimin apardığı müayinədə məlum olub ki, əməliyyat uğursuz olub, bu dəfə də sidik sidik kisəsindən böyrəyə geri qaçır. Ailənin narazı olduğunu gördükdə deyiblər ki, daun sindromlu uşaqlarda əzələ zəifliyi olduğu üçün bu hal normaldır və antibiotik vermədən uşağı evə göndəriblər. Keçən 4 il ərzində daim həmin həkimin nəzarətinə baxmayaraq, keçirilmiş davamlı sidik yolu infeksiyası nəticəsində böyrək funksiyası 25 faizə qədər düşüb”.


F. Hüseynov məlumat verir ki, ailə onlara müraciət edib və dəfələrlə əməliyyat olunduğu üçün texniki çətinliklərlə əməliyyat icra ediblər: "Hazırda hər şey yolunda görünür”