Azərbaycanda əhaliyə dördüncü doza vaksin vurulacaqmı? - Nazir müavinindən cavab

  • 2021.11.16 14:05
  • 1017 Baxış
Azərbaycanda əhaliyə dördüncü doza vaksin vurulacaqmı? -  Nazir müavinindən cavab

“Dördüncü dozanın tətbiqi ilə bağlı heç bir qərar verilməyib. Hələlik “Buster” doza tətbiq olunur”.


Bu fikirləri “Report”a açıqlamasında səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

“Necə olacağını heç kim bilmir. Hazırda tədqiqatlar aparılır. Bilirsiniz ki, virus daim mutasiya edir. Ona görə də hər hansı bir proqnoz vermək çox çətindir”, - deyə o bildirib.