Azərbaycanda ən çox tibbi xidmət göstərən xəstəxana açıqlandı

  • 2022.01.24 15:12
  • 2364 Baxış
Azərbaycanda ən çox tibbi xidmət göstərən xəstəxana  açıqlandı
“2021-ci ildə 4 milyondan çox şəxs tibb müəssisələrinə müraciət edib və onlara 22 milyondan çox xidmət göstərilib”.


Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Agentliyin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ən çox tibbi xidmət göstərən tibbi müəssisə olub:

“Ən çox cərrahi əməliyyat göstərən tibb müəssisəsi isə Mərkəzi Neftçilər Xəstəxanası olub”.