USM müayinəsi adətən daxili orqanlar və damarların dopleri üçün ən effektiv müayinə metodudur. Lakin əzələ, bağ, yumşaq toxumaların USM etmək mümkün olmur. Ona görə hərəkət-dayaq aparatının xəstəliklərindən əziyyət çəkən xəstələr yalnız MRT-ə yönləndirilir.
“Medicina” xəbər verir ki, Azərbaycanda ilk dəfə bütün bədənin əzələ sistemini USM müayinəsi aparılacaq. Bu barədə fizioterapevt həkim Rəhimə Atəş məlumat verib.
“Bədənin bütün əzələ sistemi USM ediləcək. Bu bizim mərkəzdə bu yaxınlarda istifafəyə veriləcək.
Son zamanlar dünyada geniş yayılmış sirli, xəyalət xəstəlik deyilən fibromialgiyanı diaqnoz etmək çox çətindir, heç bir cihaz göstərmir. Bu xəstəliyi daha rahat diaqnoz etmək və fizioterapevtik müalicə effektiv olsun deyə əzələ sisteminin USM bizə çox kömək edəcək”.
Ətraflı videoda izlə
Aygün M.