Azərbaycanda zəlzələ baş verib.
Medicina.az xəbər verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub.
Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar saat 15:13-də, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda qeydə alınıb.
5.1 maqnitudalı zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.