Azərbaycanda hələ ki, Omikron ştammı qeydə alınmayıb - RƏSMİ

  • 2021.12.28 17:22
  • 1618 Baxış
Azərbaycanda hələ ki, Omikron ştammı qeydə alınmayıb  - RƏSMİ

Omicron ştamı artıq 100-ə yaxın ölkədə geniş yayılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.

“Götürülən testlərin təqribi araşdırması göstərib ki, bu gün Azərbaycanda Omicron ştamına yoluxma qeydə alınmayıb”, - T. Musayev qeyd edib.