Azərbaycanda hər həftə 150 nəfəqə yaxın insankovidə yoluxur

  • 2023.09.05 16:12
  • 1807 Baxış
Azərbaycanda hər həftə 150 nəfəqə yaxın insan kovidə yoluxur
Azərbaycanda son 1 həftə ərzində (28 avqust-3 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

"Medicina" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 130 yeni yoluxma faktı qeydə alınıb.


COVID-19-a yoluxan 108 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb.


İndiyədək ölkədə ümumilikdə 832 312 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, hazırda 129 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.