Azərbaycanda karantin rejimi uzadıla bilər? - RƏSMİ

  • 13 May 2020 17:49
  • 2201 Baxış
Azərbaycanda karantin rejimi uzadıla bilər? -  RƏSMİ
Mayın 31-dən sonra xüsusi karantin rejiminin uzadılması barədə fikir söyləmək erkən olardı.

Medicina.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilməsi və qərarın verilməsi vacibdir.

"Vəziyyətdən asılı olaraq karantin rejiminin yumşalması və ya sərtləşməsi ola bilər".