Azərbaycanda karantin rejimi yenidən uzadıldı

  • 2022.12.23 14:30
  • 6525 Baxış
Azərbaycanda karantin rejimi yenidən uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

"Medicina" xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.