Azərbaycanda koronavirus şübhəli neçə nəfər xəstəxanadadır? - RƏSMİ

  • 2020.02.27 13:59
  • 2521 Baxış
Azərbaycanda koronavirus şübhəli neçə nəfər xəstəxanadadır? -   RƏSMİ
Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, səhər saat 10:00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində yeddi nəfər, xüsusi ayırılmış tibb müəssisəsində iki, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.