Azərbaycanda koronaviruslu xəstələr danışdırıldı: - "Qonaq gəlmişdü, öskürürdü, ondan yoluxdum" - VİDEO

  • 2020.03.27 19:07
  • 113839 Baxış
Azərbaycanda koronaviruslu xəstələr danışdırıldı:    - "Qonaq gəlmişdü, öskürürdü, ondan yoluxdum" - VİDEO

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıda koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.

Medicina.az xəbər verir ki, bir neçə xəstə necə yoluxduqları və hansı əlamətlərlə koronavirusun başladığını danışıblar.

Onların vəziyyəti hələ də normallaşmayıb. Xəstələr hər kəsi virusa ciddi yanaşmağa çağırıb.


Xatırladaq ki, 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hökumət tərəfindən atılmış bir çox addımlara baxmayaraq, bəzi şəxslər hələ də karantinin tələblərinə riayət etmir. Hətta bəziləri “koronavirus yoxdur” deyərək evdə qalmır, hələ də məcburiyyət olmadığı halda çölə çıxırlar. AzTV komandası məhz həmin şəxslər üçün bu araşdırmanı edib, bəşəriyyətin hansı təhlükə ilə üz-üzə olduğunu koronaviruslu xəstələrin öz dilindən tamaşaçılara təqdim edib.