Azərbaycanda koronavirusa yoluxma ən çox bu şəhərlərdədir

  • 2020.05.09 17:18
  • 3154 Baxış
Azərbaycanda koronavirusa yoluxma ən çox bu şəhərlərdədir
Regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikası açıqlanıb.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, Bakı 47.5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9.4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib.

“Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır”, deyə R.Bayramlı bildirib.