"Qanun" Nəşriyyatında "Korona virusu. Azərbaycan Genetikasında" adlı kitab nəşr olunub.
Medicina.az xəbər verir ki, keçmiş Sovet İttifaqı, Böyük Britaniya, İran, Suriya, İraq, Türkiyə, Norveç, Kanada və ABŞ Elmi-Tədqiqat İnstitutlarının materialları əsasında hazırlanan kitabın müəllifi Rövşən Novruzoğludur.
Kitabda indiyədək yer üzündə baş verən epidemiyalar, xüsusən vəba viruslarlarının tarixi necə dəyişdiyindən bəhs edilir, imperiyaları dağıtmağından, kralları məğlub edib, ölüm yatağına salmağından danışılır.
Bildirilir ki, bu viruslar Azərbaycanın da taleyindən yan keçməyib. Nəticədə, Azərbaycan VI əsrdən üzü bəri, 109-cu, 1347-ci, 1771-ci, 1826-cı, 1916-cı, 1957-ci və s. illərdə baş verən epidemiyalarda 8 milyon 750 min nəfər insan itiri. Amma epidemiya və onun sindromları davam edir. Epidemiyalara qarşı mübarizə aparan Azərbaycan həkimlərindən təqribən 80 mini bu yolda həlak olub.
Kitab müəllifin çox çətinliklə əldə etdiyi ən məxfi materiallarla zəngindir. Həmçinin nəşrdə genetikamızı dəyişən və onu həmişə qorxu altında saxlayan vəba virusuna qarşı vaksin axtaran azərbaycanlı həkim-professor, öldürülən Lətif Vəliyevlə bağlı çox maraqlı tədqiqatlar da açıqlanır.